Qubada minik avtomobilləri toqquşub, yaralananlar var VİDEO AZƏRTAC

22.11.2024

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Quba, 22 noyabr, AZƏRTAC

Quba şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev prospektində BMV markalı avtomobil “VAZ 2107” markalı minik maşını ilə toqquşub. Nəticədə “VAZ 2107”-nin sürücüsü və sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью