Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
27 Sentyabr – Anım Gününə həsr olunmuş voleybol yarışı Quba rayonunda keçirilib.
Yarışda Quba rayonunda fəaliyyət göstərən məktəblərdə çalışan müəllimlərdən ibarət 8 komanda iştirak edib.
Yarış başlamazdan əvvəl Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbirin keçirilməsində əsas məqsəd şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmək, müəllimlər arasında sağlam həyat tərzini və idmana marağı təşviq etmək, eləcə də kollektiv ruhu və həmrəyliyi gücləndirmək olub.
Yarış yüksək əhval-ruhiyyə, sağlam rəqabət və dostluq şəraitində keçib.
Tədbirin ərsəyə gəlməsində əməyi və dəstəyi olan təşkilatçılara, tərəfdaşlara və bütün dəstəkçilərə təşəkkürümüzü bildiririk. Həmçinin yarışda iştirak edən bütün müəllimlərə fəallıqlarına və idmana göstərdikləri marağa görə minnətdarlığımızı ifadə edirik.
27 Sentyabr – Anım Günü Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etdiyimiz gündür.
Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq!
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin