Qubada narkotiklə bağlı iki nəfər tutulub

03.06.2025

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

DİN-in Mətbuat xidmətinin regional qrupundan APA-ya verilən məlumata görə, əməliyyat zamanı rayon sakinləri Aydın Kazımov və Tofiq Bədəlovdan ümumilikdə 5 kiloqram marixuana, 1 kiloqram heroin, 300 qram həşiş və metadon tərkibli psixotrop həblər aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью