Qubada Olimpiya mükafatçıları ilə görüş keçirilib

22.11.2024

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

“İdman Paytaxtı” Qubada təşkil olunan lll İdman Festivalının növbəti günü də maraqlı anlarla yadda qalıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səhər idmanında festival iştirakçılarına “İdman Səfirləri” tərəfindən futbol, gimnastika, cüdo, milli idman növləri, taekvondo üzrə təlimlər keçirilib.

13-15 yaşlı idmançılar günə skautinq, rəsm və ingilis dilindən danışıq dərsləri ilə davam ediblər. Gün ərzində AMADA tərəfindən iştirakçılar üçün "Steroidlərə yox de!" mövzusunda təlim təşkil olunub.

Günün sonunda Olimpiya mükafatçıları - Hidayət Heydərov, Qaşım Maqomedov, Alfonso Dominqes tonqal ətrafında festival iştirakçılarıyla görüşüb, onların suallarını cavablandırıblar. Görüşün sonunda yeniyetmə idmançılar üçün avtoqraf sessiyası təşkil edilib. Festivalın 4-cü gününə uşaqların yallı rəqsi ilə yekun vurulub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью