Qubada ölümlə nəticələnən qəzada yaralananların son vəziyyəti

10.11.2026

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Quba rayonun Tüləkəran kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti məlum olub.

Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 10-da saat 02:10-da Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Tüləkəran kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə çağırış qeydə alınıb.

"Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib. Təcili tibbi yardım briqadası tərəfindən iki nəfər (kişi) Quba Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Pasiyentlərə döş qəfəsinin küt travması, bədənin müxtəlif nahiyələrinin əzilməsi və sıyrılması, həmçinin qapalı kəllə-beyin travması və baş beynin silkələnməsi diaqnozları təyin edilib. Vəziyyətləri orta ağır qiymətləndirilən pasiyentlərin müalicəsi Travmatologiya şöbəsində davam etdirilir", - deyə məlumatda vurğulanıb.

09:12

Qubada baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölən və yaralananların adları məlum olub.

Oxu.Az-ın məlumatına görə, hadisə noyabrın 10-da saat 1 radələrində Quba rayonunun Tüləkəran kəndi ərazisində baş verib.

1995-ci il təvəllüdlü Nurəli Vidadi oğlu Əlirzayevin idarə etdiyi "Niva" markalı avtomobil dərəyə aşıb.

Nəticədə sürücü və sərnişinlər - 2003-cü il təvəllüdlü Fəqan Ədilov və 2005-ci il təvəllüdlü Nuray Ədilov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. F.Ədilov xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

08:58

Qubada avtomobil aşıb.

Oxu.Az-ın məlumatına görə, rayonun Tüləkəran kəndi ərazisində "Niva" markalı avtomobil idarəetmədən çıxaraq dərəyə yuvarlanıb.

Hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alanlar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью