Qubada partlayışda xəsarət alan şəxsin kimliyi bilindi Xəbər saytı Son xəbərlər və Hadisəl…
Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Quba rayonunun Alekseyevka kəndində fərdi yaşayış evində yanğınla nəticələnən partlayış nəticəsində ev sahibəsi 1962-ci il təvəllüdlü Qərənfil Babayeva müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
BAKU.WS xəbər verir ki, TƏBİB-dən Oxu.Az-a verilən məlumata görə, Q.Babayeva Quba Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
Qeyd edilib ki, ona üzün, hər iki əlin və sağ diz oynağinin I-II dərəcəli termiki yanığı (10%) diaqnozu təyin olunub və xəstəxananın Travmatologiya şöbəsinə yerləşdirilib.
Xəstəyə zəruri tibbi yardımlar göstərilib və hazırda müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir.
Partlayışa ilkin səbəb kimi qaz sızmasının olduğu ehtimal edilir. Faktla bağlı araşdırmalara başlanılıb.
***13:36 1Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Quba rayonu, Alekseyevka kəndində vətəndaşa məxsus fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
BAKU.WS xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Quba rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Tam oxu
Xəbəri oxu