Qubada qanunsuz tikili söküldü VİDEO

27.11.2024

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Quba rayonunda qanunsuz tikili sökülüb.

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Belə ki, Quba Rayon İcra Hakimiyyəti rayon mərkəzində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz tikinti işlərinin aparılması faktını aşkarlayaraq bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə nazirliyə müraciət edib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi müraciət əsasında Əmlak Məsələləri Dövlət Xidməti və Quba Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə qanunsuz inşa olunan tikilini sökdürüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью