Qubada qanunsuz tikili sökülüb

27.11.2024

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Quba rayonunda qanunsuz tikili sökülüb. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Belə ki, Quba Rayon İcra Hakimiyyəti rayon mərkəzində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz tikinti işlərinin aparılması faktını aşkarlayaraq bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə nazirliyə müraciət edib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi müraciət əsasında Əmlak Məsələləri Dövlət Xidməti və Quba Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə qanunsuz inşa olunan tikilini sökdürüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью