Qubada qar 7 kəndin yolunu BAĞLADI

18.04.2025

Icma.az bildirir, Lent az portalına istinadən.

Qubanın Qrız, Haput, Əlik, Cek, Bostankeş, Qalaxudat və Xınalıq kəndlərinə gedən yollarda hərəkət məhdudlaşıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, Quba-İspik-Xınalıq avtomobil yolunun 37-ci km-dən 50-ci km-ə qədər 1 metrə qədər qar yağıb. Eyni zamanda müxtəlif yerlərdə intensiv yağışlar nəticəsində yola daş, qaya parçaları tökülüb. Hazırda yolun açılması istiqamətində işlər görülür.

Adıçəkilən kəndlərə aparan alternativ yol olan Quba-Alpan-Xınalıq yolu da qar səbəbindən bağlıdır.

İntensiv yağışlar elektrik təsərrüfatına da ziyan vurub. Elektrik dirəkləri aşıb, naqillər qırılıb.

Qeyd edilən kəndlərə enerji verilişi dayanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью