Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə bu gün saat 15 radələrində Quba rayonunun Mirzəqışlaq kəndi ərazisində qeydə alınıb.
Kənd ərazisində VAZ-2106 avtomobili idarəetmədən çıxaraq qarşıdan gələn digər VAZ-2106 avtomobili ilə toqquşub. Hadisə nəticəsində beş nəfər müxtəlif dərəcəli xəsarətlərlə Quba Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.