Qubada qəza: İki “VAZ” toqquşdu VİDEO

09.06.2026

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Qubada yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 8-də səhər saatlarında Elbir kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan 90-XG-131 dövlət nömrə nişanlı “”VAZ-2107” markalı avtomobillə 90-VL-153 dövlət nömrə nişanlı “VAZ-2106” markalı nəqliyyat vasitəsiylə toqquşub. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb ara məsafəsinin düzgün seçilməməsi olub. Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə maddi ziyan dəyib. 

Faktla bağlı araşdırma aparılır. 

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью