Qubada qəza oldu Yaralılar var

12.12.2024

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Quba şəhərinin Ə.Nərimanov küçəsində yol nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın Şimal bürosunun məlumatına görə, "VAZ" və "Nissan" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 Qəza zamanı 27 yaşlı Yardımlı rayon sakini - Heydər Ataşlı, Quba rayon sakinləri -  35 yaşlı Samir Qədirov, 26 yaşlı Emin İsayev, 23 yaşlı Rəsul Rəhimov və 24 yaşlı Aslan Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 Yaralılar Quba rayon Mərkəzi Xəstəxanasına aparılıblar. 

Faktla bağlı araşdırma aparılır. 

Xanlar Qaraca


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью