Qubada qəza oldu Yaralılar var (FOTOLAR) | Icma.az
Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Quba şəhərinin Ə.Nərimanov küçəsində yol nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın Şimal bürosunun məlumatına görə, "VAZ" və "Nissan" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Qəza zamanı 27 yaşlı Yardımlı rayon sakini - Heydər Ataşlı, Quba rayon sakinləri - 35 yaşlı Samir Qədirov, 26 yaşlı Emin İsayev, 23 yaşlı Rəsul Rəhimov və 24 yaşlı Aslan Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Quba rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Faktla bağlı araşdırma aparılır.
Xanlar Qaraca Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu