Qubada sahibsiz it məktəbli və 2 qadına hücum edib

24.04.2025

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Quba rayonunun ll Nügədi kəndi ərazisində sahibsiz it sakinlərə hücum edib.

Bakıvaxtı.az xəbər verir ki, 1-ci sinif şagirdi dərsdən evə qayıdarkən sahibsiz it ona hücum edib. İt məktəblinin başına xəsarət yetirib. Azyaşlıya köməyə gələn 2 qadını da həmin it dişləyib.

Xəsarət alanlar Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью