Qubada sərnişin avtobusu ana və övladını vurub, ölən var

18.12.2025

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qubada sərnişin avtobusu ana və övladını vurub.

APA-nın şimal bürosu xəbər verir ki, hadisə Quba şəhərinin Heydər Əliyev prospektində baş verib.

Quba-Xaçmaz marşrutu ilə hərəkət edən avtobus 1998-ci il təvəllüdlü İsrafilova Əminə Sahib qızını və onun və azyaşlı övladını vurub. Xəsarət alan 27 yaşlı qadın və övladı Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qadını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью