Qubada soyuducu anbar yanıb

08.05.2025

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Qubada soyuducu anbar yanıb.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Quba rayonunun Alekseyevka kəndində ümumi sahəsi 2000 m² olan dəmir konstruksiyalardan ibarət soyuducu anbarın poliuretan materialdan ibarət üzlüyü 200 m² sahədə yanıb.

Anbarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью