Qubada su maşını ilə avtomobil toqquşub: Üç yaralı

08.11.2026

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az APA-ya istinadla xəbər verir ki, hadisə noyabrın 8-i saat 11:00 radələrində Quba–Qəçrəş yolunda qeydə alınıb.

“QAZ-5204” və “Haval” markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Hadisə nəticəsində ölən olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью