Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Quba-Bakı yolunda piyadanın vurulmasıyla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza noyabrın 2-də səhər saatlarında qeydə alınıb. Belə ki, 75-AF- 029 dövlət nömrə nişanlı “Hundai” markalı avtomobilin sürücüsü yolu təyin olunmamış yerdən keçən piyadanı rayon sakini 1960 təvəllüdlü Paşa Qasımovu vurub. Hadisə nəticəsində P.Qasımov yüngül bədən xəsarətləri alıb.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.
Nərmin