Qubada sürücü törətdiyi qəzada ölüb, daha üç nəfər yaralanıb

15.12.2024

Icma.az, Report.az portalına istinadən məlumat yayır.

Quba rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

“Report”un Şimal bürosunun məlumatına görə, “Lexus” markalı minik avtomobili rayonun Üçgün kəndi ərazisində idarəetməni itirərək dərəyə aşıb.

Hadisə nəticəsində sürücü, Xaçmaz rayon sakini 1979-cu il təvəllüdlü Orucov Şamil Zehyeddin oğlu ölüb, onun sərnişinləri - 1985- ci il təvəllüdlü Orucov Faiq Teymur oğlu, 1978-ci il təvəllüdlu Dəmirov Ratiq Rafiq oğlu və 1977-ci il təvəllüdlü Abdullayev Ceyhun Fərhad oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью