Qubada tanınmış jurnalistin kitabının təqdimatı KEÇİRİLDİ VİDEO

23.09.2026

Icma.az, Bizim media saytına istinadən bildirir.

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı və Quba Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Quba Şəhər Tarix-Diyarşünaslıq Muzeyində tanınmış jurnalist Aytəkin Alxaslının “Kamilliyə gedən yol” kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə şəhid valideynləri, mədəniyyət və media təmsilçiləri, eləcə də rayonun fəal ziyalıları və ağsaqqalları iştirak ediblər.
Mərasimi giriş sözü ilə açan Quba Mədəniyyət Mərkəzinin direktoru Ramiz Ramazanov və Quba rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Anar Məmmədov nəşrin əhəmiyyətindən söz açaraq kitab barədə ətraflı məlumat veriblər.
Ətraflı Bizim.Media-nın videosüjetində: 

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью