Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Quba rayonunda Qonaqkənd kəndini rayon mərkəzi ilə birləşdirən avtomobil yolu torpaq sürüşməsi nəticəsində tamamilə yararsız vəziyyətə düşüb.
Bu barədə BAKU.WS-ə kənd sakinləri məlumat veriblər.
Hadisə səbəbindən bir neçə kəndlə nəqliyyat əlaqəsi kəsilib.
Bildirilib ki, 66 yaşayış məntəqəsini birləşdirən yol dünən baş verən sürüşmədən sonra bu vəziyyətə düşüb.