Icma.az, Baku.ws saytına istinadən bildirir.
Quba rayonunun Amsar kəndini digər yaşayış məntəqəsi ilə birləşdirən körpü təhlükəli vəziyyətdədir.
BAKU.WS-ə daxil olan görüntülərdə körpünün yararsız halda olduğu, taxtaların sınmış və aralanmış vəziyyətdə qaldığı açıq şəkildə görünür. Körpüdən hər gün məktəbə gedən uşaqlar və kənd sakinləri istifadə edir.
Lakin körpünün istismara yararsız olması onların həyatını ciddi təhlükə altına alır. Xüsusilə yağıntılı və küləkli havalarda keçid daha da çətinləşir və qəza riski artır.
Sakinlər aidiyyəti qurumlardan körpünün təmir olunmasını və bu təhlükənin aradan qaldırılmasını xahiş edirlər.