Qubada VAZ 2107 ağaca çırpıldı Sürücü öldü

12.01.2025

Lent az saytına istinadən Icma.az xəbər verir.

Quba Xaçmaz yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, Quba rayonunun Zərdabi qəsəbəsi ərazisində "VAZ 2107" markalı nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb.

Nəticədə avtomobilin sürücüsü Quba rayonu Bağbanlı kənd sakini Rüstəmov Taleh Malik oğlu hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью