Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Qubada yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza noyabrın 23-də səhər saatlarında Cəfər Cabbarlı küçəsində qeydə alınıb. Hərəkətdə olan 99-ME-495 dövlət nömrə nişanlı “VAZ-2107” markalı maşın, “Toyota Prado” markalı avtomobillə toqquşub. Şahidlərin iddiasına əsasən, qəzanın səbəbi yüksək sürət həddi olub. Belə ki, bir-birinə çırpılan nəqliyyat vasitələri ardınca işıq dirəyinə dəyərək bordürə çıxıb. Zərbənin təsirindən “Prado” aşıb.
Hadisə zamanı xəsarət alan olmayıb, avtomobillərə ciddi maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Nərmin