Qubada vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinləniləcək AZƏRTAC

02.12.2024

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 2 dekabr, AZƏRTAC

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov dekabrın 4-də Quba, Xaçmaz, Siyəzən, Şabran və Qusar rayonlarından olan vətəndaşları qəbul edəcək.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, qəbul saat 11:00-da Quba rayonundakı Heydər Əliyev Mərkəzində (ünvan: Quba şəhəri, Heydər Əliyev prospekti) keçiriləcək.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinə (Əlaqə vasitələri: (023) 336 22 70, (050) 689 07 26, [email protected], [email protected]) müraciət etmələri xahiş olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью