Qubada yağışla yağır, çaylarda su səviyyəsi artıb FOTOLENT

16.08.2026

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Quba rayonunda yağıntılı hava şəraiti davam edir.

APA-nın Şimal bürosunun məlumatına görə, gecə saatlarından başlayan yağış səhər saatlarında çiskin şəklində davam edib.

Avqustun 16-na olan son məlumata görə, Qudyal çayında su sərfi saniyədə 8 kubmetr, Qaraçayda 7 kubmetr, Vəlvələçayda 5 kubmetrdir.

Cağacuqçay, Ağçay və Quruçayda isə su sərfi saniyədə 0,5 kubmetr təşkil edir.

Torpağın rütubətliliyi orta səviyyədədir.

Hazırda rayon ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью