Qubada yanğınla nəticələnən partlayış olub

15.12.2024

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Quba rayonu, Alekseyevka kəndində vətəndaşa məxsus fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

"Cebheinfo.az" xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Quba rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı 1961-ci il təvəllüdlü Babayev Bədiyar Cavanşir oğluna məxsus ümumi sahəsi 80 kv.m. olan birmərtəbəli fərdi yaşayış evində yanğınla nəticələnən partlayışın baş verdiyi müəyyən olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb, ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb.

Partlayış dalğasının təsirindən evə ziyan dəyib, yanğın nəticəsində dam örtüyünün yanar konstruksiyarı 40 kv.m. sahədə yanıb, 1 nəfər bədən xəsarətləri alıb.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью