Qubada yol çökdü

16.06.2026

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Quba rayonunda avtomobil yolu qəzalı vəziyyətə düşüb.

Lent.az APA-ya istinadla xəbər verir ki, Yuxarı Tüləkəran–Möhüc–Yenikənd avtomobil yolunun Əski İqrığ kəndi ərazisindən keçən hissəsində asfalt örtüyü çöküb.

Yolun sözügedən hissəsində yaranan çöküntü səbəbindən hər iki istiqamətdə avtomobillərin keçidində məhdudiyyət yaranıb.

Marşrut boyu ümumilikdə 7 fərqli ərazidə çökmə qeydə alınıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью