Qubada yol nəqliyyat hadisəsi ölümlə nəticələndi

18.11.2025

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Ölkə.az" "Report"a istinadla xəbər verir ki, hadisə Quba-Xaçmaz avtomobil yolunun rayonun Barlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 31 yaşlı Abbasov Elnur Mehdi oğlu motoblok ilə hərəkətdə olan zaman idarəetməni itirib və "VAZ-2107" markalı minik avtomobilinə çırpılıb.

E.Abbasov özünü xilas etmək məqsədilə asfalt örtüyünə tullanıb, lakin H.Osmanovun idatə etdiyi "Ford Transit" markalı avtomobilin altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью