Qubada yol qəzası olub, xəsarət alan var

12.12.2024

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Quba rayonunun Digah kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar məlumat daxil olub. Hadisə ilə əlaqədar xilasedici köməyinə ehtiyac olduğu vurğulanıb.

FHN-dən Gununsesi.info – ya verilən məlumata görə, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Kia” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində avtomobildə sıxılı vəziyyətdə qalan şəxs deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью