Qubada yol qəzasında xəsarət alan sürücü xəstəxanada ölüb

10.12.2024

Icma.az bildirir, Report.az saytına əsaslanaraq.

Qubada yol qəzasında xəsarət alan sürücü xəstəxanada ölüb.

"Report"un Şimal bürosunun məlumatına görə, şəhərin M.P.Vaqif küçəsində pikapla “Hyundai Elantra” markalı minik avtomobili toqquşub.

Hadisə nəticəsində “Hyundai Elantra”nın sürücüsü Quba rayonu, Kübçal kənd sakini, 2001-ci il təvəllüdlü Quliyev Teymur Faiq oğlu ağır bədən xəsarətləri alaraq, Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq o, dünyasnı dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью