Anews portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Quba şəhərində yol-nəqliyyat hadisəsi baş verib, 5 nəfər xəsarət alıb.
"Report"un məlumatına görə, hadisə şəhərin Ə.Nərimanov küçəsində qeydə alınıb.
Beləki, "VAZ" və "Nissan" markalı avtomobillərin toqquşması nəticəsində 27 yaşlı Yardımlı rayon sakini - Heydər Ataşlı, Quba rayon sakinləri - 35 yaşlı Samir Qədirov, 26 yaşlı Emin İsayev, 23 yaşlı Rəsul Rəhimov və 24 yaşlı Aslan Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.Yaralılar Quba rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Faktla bağlı araşdırma aparılır.www.anews.az