Icma.az bildirir, Azpolitika.az portalına istinadən.
Yerli vaxtla saat 20:56-da Quba rayonunda 4,9 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib.
Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala qədər hiss olunub.