Qubadakı Maajid hoteldən şikayət: İstirahətimiz zülm oldu

13.10.2025

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Quba rayonunun Küsnətqazma kəndində yerləşən "Maajid" hotelindən şikayət edilib.

"Unikal"ın məlumatına görə, hoteldəki vəziyyətlə bağlı şikayət edən vətəndaş vurğulayıb ki, şikayətilə bağlı hotelin menecerinə də bildirib:

"Təsəvvür edin, ailəvi hotelə getmişik. Yanımıza 10 nəfər kişi əyləşdiriblər. Bizim milli dəyərlərimiz var. Bir sözlə, "Maajid" hotel ailəvi gediləsi yer deyil. 

Yeməyi yarıda qoyub getdik. Otaq çox soyuq idi. Kondisioner var idi, amma pultunu tapa bilmədik. Hotel əməkdaşlarından soruşduqda bizə dedilər ki, kondisionerin pultu məhdud saydadır.

Bu və digər şikayətlərimizlə bağlı hotelin menecerinə məlumat verdik, amma əhəmiyyət vermədi. Bu da "Maajid" hotelin xidməti...", - deyə o bildirib.

Seymur Əli


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью