Qubadakı partlayışın SƏBƏBİ AÇIQLANDI Siqaretə görə olubmuş

10.12.2024

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Qubanın Qəçreş kəndində partlayışda xəsarət alan Laçın Ələsgərov Bakıya, Respublika Yanıq Mərkəzinə göndərilib.
Bizim.Media xəbər verir ki, Quba Rayon İcra Hakimiyyətinin başçısının Qəçreş icra nümayəndəsi onun yaşadığı evdə siqaret yandırarkən üz nahiyəsindən yanıq xəsarəti aldığını deyib.


Partlayışa səbəb mənzildə qazın açıq qalması olub. Partlayış nəticəsində mənzilə ziyan dəyməyib.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью