Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
Quba rayonunun Tüləkəran kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsində ölən və xəsarət alanların kimliyi məlum olub.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, qəza 31 yaşlı Nurəli Vidadi oğlu Əlirzayevin idarə etdiyi “Lada Niva” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində baş verib.
Hadisə zamanı sürücü Nurəli Əlirzayev və avtomobildə olan sərnişinlər – 23 yaşlı Fəqan Ədilov və 21 yaşlı Nuray Ədilov ağır xəsarətlər alıblar.
Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına aparılarkən xəsarətləri daha ağır olan Fəqan Ədilov yolda dünyasını dəyişib. Digər iki yaralı isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Quba Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılır.
Qeyd edək ki, qəza nəticəsində xəsarət alan və həyatını itirən şəxslər Tüləkəran kənd sakinləridir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu