Qubadakı qəzada xəsarət alan 5 nəfərin kimliyi BİLİNDİ

12.12.2024

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Quba şəhərinin Əliqulu Nərimanov küçəsində baş verən qəzada xəsarət alan yaralıların sayı və şəxsiyyətləri məlum olub.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, qəza nəticəsində 5 nəfər xəsarət alıb.
 

Bunlar - 27 yaşlı Yardımlı rayon sakini Heydər Ataşlı, Quba rayon sakinləri - 35 yaşlı Samir Qədirov, 26 yaşlı Emin İsayev, 23 yaşlı Rəsul Rəhimov, 24 yaşlı Aslan Abdullayevdir.


Yaralılar müxtəlif xəsarətlərlə rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.
Faktı Quba rayon polis şöbəsi araşdırır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью