Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Quba şəhərində bir neçə gün əvvəl baş verən qəzada sürücülərdən biri bu gün Quba rayon mərkəzi xəstəxanasında ölüb.
Bizim.Media-nın məlumatına görə, şəhərin Vaqif küçəsində Pikapla “Elantra”nın toqquşması nəticəsində sonuncunun sürücüsü tibb müəssisəsinə yerləşdirilmişdi.
Qubanın Mirzəmətkənd kənd sakini olan sürücü bu gün vəfat edib.
Faktı Quba rayon polis şöbəsi araşdırır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu