Qubadlı igid oğlunu unutmur | Icma.az
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Milli Qəhrəman, şəhid Kərəm Mirzəyevin xatirəsi anılıb Adətən, belə yazılar “yaşasaydı...”, – deyə başlayır.
Ancaq Vətəni qorumaq üçün sinəsini düşmən gülləsinə sipər etmiş, yağı qarşısında mərd dayanaraq canını torpaqlarımızın azadlığı uğrunda qurban vermiş şəhidlərimiz cismən yanımızda, aramızda olmasalar da, hər zaman ürəklərimizdə, qəlblərimizdə yaşayırlar.
Bugünlərdə Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Kərəm Mirzəyevin anadan olmasının 65 illiyi onun adını daşıyan Qubadlı rayon Xanlıq kənd 1 saylı orta məktəbində ehtiramla qeyd edildi.
Qəhrəmanlığı ilə ölümsüzləşmiş şəhidin ad gününə toplaşan Qubadlı Rayon İcra Hakimiyyətinin əməkdaşları, döyüş yoldaşları, ailə üzvləri, yaxınları və məktəbin kollektivi ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş vətən oğullarının əziz xatirələrini andılar, Kərəm Mirzəyev haqqında videoçarxı izlədilər.
Məktəbin şagirdləri tərəfindən vətənpərvərlik mövzusunda, eyni zamanda, şəhidimizə həsr olunmuş şeirlər səsləndirildi.
Qubadlı RİH-in Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sənan Həsənov çıxışında vurğuladı ki, vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin ailələrinə, qazilərə və müharibə veteranlarına dövlət qayğısı ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biridir.
Qubadlı rayonunda da şəhidlərimizin müqəddəs xatirələri hər zaman əziz tutulur.
Tam oxu
Xəbəri oxu