Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qubadlı rayon İcra Hakimiyyəti tender keçirərək, nəticələrini açıqlayıb.
Hurriyyet.az xəbər verir ki, İH ağac və bitki kollarının satın alınması prosesini həyata keçirəcək.
Qeyd edək ki, “EKO FERMA AZƏRBAYCAN” MMC ilə satınalma müqaviləsi imzalayan Qubadlı İH, bu işlərə 45.000 manat xərcləyəcək.
Tenderin qəribə tərəfi odur ki, İcra Hakimiyyəti 500 ədəd zeytun ağacı, 1000 ədəd isə Buksus kolu alacaq.
Və bu ağac və kolların dibçəkdə alınması da tenderin əsas tələbi kimi qoyulub.
Qubadlı rayonu 2020-ci ildə rəşadətli və qəhrəman ordumuz tərəfindən işğaldan azad edilib.
Lakin idarəçilik sistemində edilən dəyişiklik səbəbindən hazırda rayonda İcra Hakimiyyəti hər hansı fəaliyyətlə məşğul deyil.