Qubadlının azadlığı xalqımızın birlik və qəhrəmanlığının parlaq təntənəsidir | Icma.az
Icma.az, Sia Az saytına istinadən bildirir. Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində 25 oktyabr tarixi əbədi olaraq Qubadlının azad olun
Bu gün yalnız bir şəhərin deyil, bütöv bir xalqın azadlıq arzularının gerçəkləşdiyi, 27 illik həsrətin sona çatdığı gündür.
2020-ci il Vətən müharibəsinin 29-cu günü Qubadlı şəhəri qəhrəman Azərbaycan Ordusunun şücaəti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində düşmən işğalından azad edilərək tarixə Zəfər simvolu kimi daxil oldu.
Qubadlı əməliyyatı İkinci Qarabağ müharibəsinin ən gərgin və həlledici döyüşlərindən biri idi.
Düşmən illərlə bu ərazidə güclü istehkamlar qurmuş, strateji yüksəkliklərdə möhkəmlənmişdi.
Lakin qəhrəman Azərbaycan əsgərləri fədakarlıq, vətən sevgisi və yüksək peşəkarlıq nümayiş etdirərək bu sədləri yardı, mühüm strateji nöqtələri ələ keçirdi və 25 oktyabr 2020-ci ildə Qubadlı şəhərini tamamilə düşməndən təmizlədi.
Bu tarixi qələbə ümumi Zəfərin əsas mərhələlərindən biri olaraq Böyük Qələbəyə aparan yolun istiqamətini müəyyənləşdirdi.
Qubadlının azad olunması həm də Ermənistanın illərlə törətdiyi vandalizmin, işğal cinayətlərinin miqyasını üzə çıxardı.
Tam oxu
Xəbəri oxu