Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.
Quba rayonunda 34 yaşlı kişi həmkəndlisinə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, 1992-ci il təvəllüdlü Yavər yaşadığı Quba rayonu, Möhüc kəndindəki evinin qarşısında aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı yumruqla Elnurun üz nahiyyəsindən vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Yavərin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Yavər ittiham üzrə özünü təqsirli bilib, törətdiyi əməli etiraf edib. O bildirib ki, zərərçəkmiş Elnur onun həmkəndlisidir: “Elnurla münasibətim bu zamana qədər normal olub. Məlum hadisə günü, saat 23 radələrində Elnur yaşadığım evinin qarşısında aramızda mübahisəsimiz yarandı. Mübahisə zaamanı əsəbləşərək yumruqla Elnurun üz nahiyəsindən vurdum, ona xəsarət yetirdim”.
Quba Rayon Məhkəməsinin hökmü ilə Yavər 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Hökmə əsasən, təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində Quba rayonu, Möhüc kəndində yaşadığı evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsi, Quba rayonu ərazisini tərk etməsi qadağan olunub.
Bundan başqa, onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Fariz Məlikli
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Demokrat.az-ın əldə etdiyi məlumata görə, 1992-ci il təvəllüdlü Yavər yaşadığı Quba rayonu, Möhüc kəndindəki evinin qarşısında aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı yumruqla Elnurun üz nahiyyəsindən vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.