Qubalı sürücü Rusiyada qəzada həlak oldu FOTO

24.01.2025

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyada Azərbaycana məxsus TIR markalı yük maşını qəza törədib. 
Bizim.Media-nın verdiyi məlumata görə, hadisə Volqaqrad - Tambov yolunun 591-ci kilometrliyində baş verib. 
Avtomobili Quba sakini Elşən adlı şəxs idarə edib. Qəza zamanı yük maşını yolun kənarına aşaraq, qəza törədib.
Azərbaycanlılar sürücünü avtomobildən çıxarmağa çalışsalar da onun həyatını xilas etmək mümkün olmayıb.

Leyla Vəfadarqızı, Bizim.Media, Mərkəzi Aran bürosu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью