Qubanın baş məşqçisi: Ən yaxşısı üçün çalışacağıq İdman və Biz

30.11.2024

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"İlk dəfə təmsil etdiyimiz şəhərdə oynayacağıq. Təbii ki, bütün hamımız həyəcanlıyıq".

İdman.biz xəbər verir ki, bunu "Quba"nın baş məşqçisi Şəhriyar Əskərov klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Təcrübəli mütəxəssis bildirib ki, arzuları evdəki ilk oyunda qələbə qazanmaqdır: "Rəqibimizi analiz etmişik. Liqada zəif komanda yoxdur, hamısı yaxşıdır. Bilirsiz, milli komandaların oyunlarına görə liqaya fasilə verilmişdi. Bu fasilədən səmərəli istifadə etdiyimizi düşünürəm. Yoxlama görüşü də keçirdik. Oyunçularım yaxşı hazırlaşıb. Həm əvvəlki turlardakı çatışmazlıqları, səhvlərimizi analiz etmişik, həm də rəqiblərimizi. Əlimizdən gələni edəcəyik ki, "Sumqayıt"la görüşdə qalib gələk. Ən yaxşısı üçün çalışacağıq".
Qeyd edək ki, "Quba" - "Sumqayıt" matçı bu gün saat 17:30-da start götürəcək.
İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью