Qubanın baş məşqçisi: Rəqibin heyətinin geniş olması öz işini gördü

18.12.2024

Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rəqibin heyətinin geniş olması öz işini gördü.

Bunu "Quba"nın baş məşqçisi Şəhriyar Əsgərov Azərbaycan Basketbol Liqsının VII turunda "Gəncə" ilə matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis heyətdə dəyişiklik etmək üçün oyunçuların olmadığını qabardıb:

"Təəssüf ki, yenə uduzduq. Yenə üç hissə mübarizə apardıq. Təbii ki, bunun səbəbi var. Rəqibin heyətinin geniş olması öz işini gördü. Bizim oyunçularımız yoruldu. Dəyişiklik etməyə də oyunçularımız yoxdur. Bu cür güclü rəqiblərlə görüşdə heç olmasa 6 legioner olsa, yaxşıdır. Bizdə bütün oyunçular yoruldu və ondan sonra hesabı qoruya bilmədik. "Gəncə" də yaxşı oynadı. Müdafiədə əla oynadılar. Çalışdıq, əlimizdən gələni etdik. Amma sonda yorğunluq sözünü dedi. Hər halda, işləməyə davam edəcəyik. Mövsümün əsas hissəsi qarşıdadır. Əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, B qrupunda baş tutan "Quba" - "Gəncə" görüşündə qonaqlar 95:78 hesablı qələbəyə sevinib.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью