QubaXaçmaz Regional Elm və Təhsil idarəsində YENİ TƏYİNAT ÖZƏL

06.12.2024

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Quba-Xaçmaz Regional Elm və Təhsil idarəsində yeni təyinat olub.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, İdarənin rəisi Coşqun Əliyevin əmri ilə Fikrət Heybətov Quba -Xaçmaz Regional Elm və Təhsil idarəsinin inzibati təhsil sektorunun müdiri təyin edilib.
O, bu vəzifədə Nicat Əfəndiyevi əvəzləyib. 
Qeyd edək ki, Fikrət Heybətov daha əvvəl Siyəzən təhsil sektorunun müdiri vəzifəsini icra edirdi. Siyəzən təhsil sektoruna isə hələlik təyinat yoxdur.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью