QubaXaçmaz yolunda qəza

12.01.2025

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Yanvarın 12-si axşam saatlarında Qubada bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Quba-Xaçmaz yolunun Quba rayonunun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı "VAZ 2107" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Zərbənin təsirindən avtomobilin sürücüsü Quba rayonu Bağbanlı kənd sakini Rüstəmov Taleh Malik oğlu hadisə yerində ölüb.

Araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью