QubaXınalıq yolunda selin uçurduğu körpünün yerində yenisi tikilir FOTO

05.11.2024

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Quba-Xınalıq yolunda sel sularının təsiri nəticəsində dağılan körpünün yerində yenisi inşa olunur.

Avtosfer.az xəbər verir ki, yolun 42-ci kilometrliyində yerləşən körpü cari ilin iyul ayında sıradan çıxıb. Körpünün uçması nəticəsində altı kəndin rayon mərkəzinə gediş-gəlişində çətinlik yaranıb. Cek, Haput, Qalayxudat, Xınalıq, Əlik və Qrız kəndlərinin sakinləri hazırda alternativ olaraq Quba-Susay-Xınalıq yolundan istifadə edirlər.

Yeni körpünün uzunluğu 12, eni isə 6 metr olacaq. İlkin mərhələdə köhnə körpü sökülərək ərazi təmizlənir, tikinti sahəsi hazırlanır. İnşaat işlərinin ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью