QubaXınalıq yolunda yeni körpünün inşası davam etdirilir | Icma.az
Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Quba-Xınalıq yolunun 42-ci kilometrliyində sel sularının təsiri nəticəsində dağılan körpünün yerində yenisinin inşası davam etdirilir.
Agentlikdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, aparılan işlər çərçivəsində ilkin mərhələdə köhnə körpü sökülərək ərazi təmizlənib, suyun istiqaməti dəyişdirilib.
Hazırda ərazidə tikinti sahəsinin hazırlanması işləri aparılır.
İşlərin qısa zamanda yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu