Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Taksi sürücüsünə qarşı quldurluq etməkdə ittiham olunan 36 yaşlı Samir Məmmədovun məhkəməsi yekunlaşıb.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Samir Nəsimi rayonunda “Şamaxinka” adlanan ərazidə mindiyi taksidə sürücüyə qarşı zorakılıq edib.
Razılaşmaya görə, sürücü Rahim İsmayılov 50 manata Samiri əvvəl anasını və əşyalarını götürməsi üçün Xocasən qəsəbəsinə, oradan isə Qubaya aparmalı imiş.
Müştərinin niyyətindən xəbəri olmayan sürücü onu Xocasənə aparıb.
Ünvana çatmağa az qalmış Samir onun bel nahiyəsinə küt əşya ilə basaraq cibindəki pulları verməyi tələb edib.
Basqına məruz qalan sürücü canını qurtarmaq üçün üzərindəki 1 384 manatın hamısını ona verib.